“Cəmiyyəti mərc oyunları və lotereya kimi bəladan birdəfəlik uzaqlaşdırmaq lazımdır. İnsanlar işsiz qalanda belə şeylərə maraq salır. Cəmiyyət özünə, işinə-gücünə qayıtmalıdır. Bütün növ mərc oyunları qadağan edilməlidir”.
Bu sözləri Tribunainfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O bildirib ki, hər cür mərc oyunları, qumar nəinki məhdudlaşdırılmalıdır, birdəfəlik bu bəladan xilas olmaq lazımdır:
“Bu da narkomaniyanın bir başqa növüdür. Heç bir halda mərc oyunlarına, qumara şərait yaratmaq olmaz. Əsrin bir başqa bəlasıdır ki, bu gün bütün evlərə ayaq açıb. İntihar edən, borca düşən gənclər var. Buna yol vermək olmaz. Necə ki, zamanında kazinolara qadağa qoyuldu, eləcə də bu mərc oyunları birdəfəlik ləğv edilməlidir”.
Tribunainfo.az