Bənəniyar kənd sakini 1-ci qrup əlil Fatma Piriyeva yazır:
Mən Culfa rayon Bənənyar kəndindənəm. 1-ci qrup əlil Piriyeva Fatma . Mənim oğlum Allahverdiyev Rəfail 2010-cu ildən Naxcıvan daxili qoşunlarında işə qəbul olub müddətdən artıq hərbci kimin işlədiyi dövrdə heç bir qanunzuzluq etməmişdir. bütun xidmətini qayda qanuna uyğun şəkildə xidmət etmişdir. Lakin 2019-cu ildə yeni hərbi hissə komandiri təyin olunmuş Səlim Niftəliyev bir neçə işçini işdən qeyri-qanuni olaraq cıxarmışdır. O cümlədən mənim də oğlumun işdən cıxması barədə göstəriş vermişdir. Oğlum da buna demişdir ki, məni işdən cıxartma, anam ağır xəstədi, atam ağır əməliyat olubdur özümün də 3 körpə uşağım var. Yavlarsa da Səim ipə sapa yatmamışdır qəti şəkildə bildirmişdir ki ya öz ərzənlə işdən cıxarsan, ya da səni maddə ilə cxararam, hec bir yerdə işləyə bilməzsən. Bu da naəlac qalıb ərizəsini yazıb işdən cıxmışdır.
Bildirim ki, ağır işdə olsa 1200 manat maaş alırdı, babat dolanırdıq .
Elə hərşey bundan sonra başladı. Oğlumun işdən cıxmağını mən eşidəndən sonra şəkərim yenmədi, daha da yüksəldi, komaya düşürdüm tez tez . Şəkər öz fəsadlarını göstərdi. Bir ayağımı dizdən yuxarı amputasiya etdilər. Qanqrenadan bir muddət kecəndən sonra şəkər gözlərimi də tutdu. Buna da Səlim Niftəliyev səbəb oldu. Yoldaşım əlildir, özum də əlil arabasına məhkum qaldım .
Bildirim ki Səlim Niftəliyevin müavini Naxcıvan aeroportunun rəisi Mənşurun qardaşıdır. O da qardaşının nifuzundan istifadə edərək Naxçıvanda at oynadır. Oğlumu hərbi hissəyə cağırıb deyir ki, şikayət etmə, etsən də bir xeyir görməyəcəksən.
50 yaxın şikayət ərzəsi yazaq da şikayətimiz təmin olunmur. Xaiş edirəm, mənim də bu şikayətimi ictimailəştirəsiniz. //ovqat.com//