Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd
qızı tərəfındən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki,bir ildən artıqdır ki, dəfələrlə mətbuatda bildirmişəm ki, Kənd
Təsərrüfatı nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq əmək müqaviləsinin
müddətinin başa çatmasını əsas götürərək işdən azad edib. Bildirirəm ki, bununla bağlı Kənd
Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə yalan məlumat verərək əslində
mediyanı çaşdırmağa çalışırlar.Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə
bildirilib ki, Həsənov Naməddin Tofiq oğlunun vəzifəsi ixtisara düşüb, ona başqa iş təklif olunub
və qəbul etməyib.İnam Kərimov və onun savadsız,qeyri-peşəkar komandasına mətbuat
xidmətinin verdiyi məlumatın ağ yalan olduğunu faktlarla sübut edirəm.
1.Aqrar Xidmətlər Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 286/k nömrəli əmrinin surətini
müraciətimə əlavə edirəm. Əmrin sonunda qeyd olunub ki, ƏSAS: N.Həsənovla bağlanmış
müddətli əmək müqaviləsi.
2.Əgər həmin vəzifə ixtisara düşübsə həmin vəzifəyə,oğlumun yerinə başqasını necə təyin
ediblər və bu təyinatda da dəfələrlə qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə haqqında
qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.
3.Dəfələrlə qeyd etdiyim kimi Nazirlər Kabinetinin, yəni hökumətin 15 yanvar 1994-cü il tarixli,10
saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki,idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi
üzvlərinə üstünlük verilir, yəni şəhid ailəsinin üzvləri ixtisara düşmür, təşkilatın fəaliyyəti tam
dayandırılarsa şəhid ailəsi üzvüləri başqa təşkilatda işlə təmin olunurlar.Oglumun işlədiyi
təşkilatda heç bir ixtisar getməyib,əksinə idarənin fəaliyyəti daha da genişləndirilib.Oğlumun
əmək müqaviləsinə xitam verərək yerinə isə cənab prezidentimizin tapşırıqlarının və Nazirlər
Kabinetinin qərarının tam əksinə olaraq səriştəsiz,müharibədə iştirak etməyən birini təyin
ediblər.
4.Necə olur ki, respublika üzrə fəaliyyət göstərən təşkilatda yalnız bir ştat ixtisara düşür və o da
şəhid və veteran qardaşının işlədiyi vəzifə olur.Çünki həmin vəzifədən başqa rayonlarda da var və
onlar niyə ixtisara düşməyib.
5.Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Rəşad Vahabzadə şikayət etdiyimizə görə bizi təhqir
edib və bildirib ki, ərizəsini yazıb işdən azad olunub. Həmin səs yazısını da müraciətimə əlavə
edirəm.Əslində isə ixtisasca neftçi olan Rəşad Vahabzadə işdən azad oıunmayıb və nazirlikdə at
oynadır və vəzifəli şəxsə yaraşmayan ifadələrlə şəhid ailəsini təhqir edir.
Cənab prezident!
Ölkənin Kənd Təsərrüfatını bərbad və acınacaqlı vəziyyətə salan, Kənd Təsərrüfatı nazirliyinin
kadr korpusunu məhv edən, ölkəni aclıq və fəlakətə sürükləyən, şəhid anasını vətənini,dövlətini
və millətini sevən oğullar böyütdüyünə ğörə peşiman edən İnam Kərimov haqqında təcili və ciddi
tədbir görməyinizi Sizdən xahiş edirəm.Əks halda ölkəni ərzaq böhranından xilas etmək mümkün
olmayacaq".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...