Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı həkimin adı verilib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
“4 günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin”, - deyə həkim Elvin İsazadə qeyd edib.
Məlumata görə, adıçəkilən həkim İsmayıllı rayonundandır.
“Qafqazinfo”