Türkiyədə zəlzələ bölgəsində bir-birindən dəhşətli fotolar yayılmaqdadır.
Bunlardan biri Kahramanmaraşın Paçarçık rayonu ərazisində lentə alınıb.
Belə ki, qeyd edilən ərazidə zəlzələdən sonra dağıntılar arasından tapılan və saat 4:17-ni göstərən divar saatı diqqət çəkib.
Məsələ burasındadır ki, ərazidə ilk zəlzələ də məhz həmin saatda baş vermişdi. Saat zəlzələnin baş verdiyi andan etibarən dayanıb.