Axtarış...

Masallıda kadr islahatları davam edir - Əgər "islahat" demək olarsa...

Masallıda kadr islahatları davam edir - Əgər "islahat" demək olarsa...


Millitv.az Cenub.az-a istinadla bildirir ki, il yarım öncə Masallı İHB-nin Təzəkənd Ərazi Dairəsinə nümayəndə təyin edilən Əli Əhmədi icra başçısının sərəncamı ilə işdən azad edilib. Xatırladaq ki, Araz Əhmədov Masallıya icra başçısı təyin olunandan sonra 10-a yaxın (Masallı şəhər, Bədəlan, Yeyənkənd, Sərçuvar, Göyəçöl, Şıxlar, Yeddioymaq və sair) ərazilərdə Ərazi Dairəsinin nümayəndəsi, bəzilərində isə müavinləri işdən azad edilib.

Hazırda Masallı şəhər və Yeddioymaq Ərazi Dairələrində nümayəndə və müavin yerləri boşdur.

Dünən isə bu siyahıya Təzəkənd ərazisi də əlavə olunub. Hazırda işdən çıxarılar Ərazi Dairəsi nümayəndəsinin yerinə təyinat olmayıb.

Xatırladaq ki, işdən çıxarılan Əli Əhmədli Cəlilabad rayon sakini idi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz