Axtarış...

Masallının başçısından ŞÜBHƏLİ TƏYİNAT - Adamı YAP-dan da qovublar...

Masallının başçısından ŞÜBHƏLİ TƏYİNAT - Adamı YAP-dan da qovublar...

Əmanət Əzizov Masallı rayonun Qızılavar kəndindəndir. 1966-ci il təvəllüdlüdür. Cenub.az- daxil olan məlumata görə onun Ali təhsil alması haqqında mübahisəli fikirlər var. Ə.Əzizov əvvəllər Rusiyada müxtəlif vəzifələrdə işləyib. Masallı “Telekom”un rəhbəri işləyən zaman 2011-ci ilin fevral ayında həmin binada 2 nəfərin ölümü ilə nəticələnən partlayış baş verəndən sonra bu təşkilatın rəisi və YAP rayon təşkilatın sədri vəzifəsindən azad olunub. (Həmçinin bildirilir ki, həmin qəza nəticəsində ölənlərdən biri onun yeni işə götürdüyü həmkəndlisi olub və hələ də ortadakı narazılıqlar davam edir).

Əli Abbasov Rabitə sahəsinə rəhbərlik etdiyi müddətdə Əmanət müəllim bu sistemdə vəzifə ala bilməyib. Lakin yeni nazir gələndən sonra o, Lənkəran “Telekom”una müavin təyin olunub.
Masallının başçısından ŞÜBHƏLİ TƏYİNAT - Adamı YAP-dan da qovublar...

Bir qədər sonra Əmanət Əzizova Lənkəran poçtamtının müdirliyi etibar olunub. O, bu vəzifədə cəmi 2 aya yaxın işləyib. İdarədə yaranan ciddi narazılıq və qalmaqal səbəbindən 2 aydan sonra vəzifəsi ilə vidalaşıb və Rusiyaya gedib. Tam dəqiqləşdirilməmiş məlumata görə, hətta onun haqqında cinayət işi açılması gündəmdə olsa da, sonra güzəşt edilərək “70-in C” bəndi ilə işdən azad olunub. Poçtam işçilərinin onunla bağlı kollektiv şikayət hazırlandığı barədə də xəbərlər dolaşır.

Əldə olunan məlumata görə, Əmanət Əzizov Lənkəran Poçtamtının müdirliyi ilə vidalaşandan sonra yenə 2 ilə yaxın Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Bu günlərdə isə Masallı İcra hakimiyyəti Başçısının Qızılavar Inzibati Ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.

Maraqlı orasıdır ki, bu təyinatdan 1 həftədən artıq vaxt keçsə də İHB-nin saytında bu barədə heç bir məlumat yerləşdirilməyib. Onun da xatırladaq ki, Əmanət Əzizov İHB-nin ümumi şöbə müdiri İlkin Əzizovun əmisidir.

Araşdırmalarımız davam edir. Yəqin ki, mövzuya qayıdacağıq.

Zahir Əmənov. Cenub.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz