Axtarış...

İran səfiri Estoniya XİN-ə ÇAĞIRILDI

İran səfiri Estoniya XİN-ə ÇAĞIRILDI


Estoniya Xarici İşlər Nazirliyi İranın səfirini çağıraraq Tehranın Rusiyanın Ukrayna ərazisinə hücumunu və İranda insan haqlarının əhəmiyyətli dərəcədə pozulmasını dəstəkləməsini kəskin pislədiyini bildirib.

Estoniya birmənalı şəkildə Rusiyanın Ukraynaya qarşı hücumuna verdiyi hər hansı dəstəyi, o cümlədən İranın Rusiyaya hücum pilotsuz təyyarələri vermək qərarını pisləyir.

“Hücum pilotsuz uçan aparatlarının istifadəsi çoxsaylı mülki əhalinin ölümü və Ukraynanın infrastrukturuna böyük ziyan vurması ilə nəticələnib. Estoniya İran hökumətini bu əsassız hücuma hər cür dəstəyi tamamilə dayandırmağa çağırır”, – deyə xarici siyasət idarəsinin rəhbəri Reinsalu bildirib.

Estoniya Xarici İşlər Nazirliyi həmçinin İran vətəndaşlarının və sakinlərinin edam edilməsini və “yüzlərlə insanın ölümünə səbəb olan” zorakılıq dalğasını da pisləyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz