Axtarış...

“Bakı Tikiş Evi” kiminsə DƏDƏ MALIDIR? - İTTİHAM VAR!

“Bakı Tikiş Evi” kiminsə DƏDƏ MALIDIR? - İTTİHAM VAR!


Məktəbli formalarının satışı ilə bağlı yaşanan əksər problemlərin kökündə “Bakı Tikiş Evi” ASC-nin (BTE) bu bazarda həm istehsal, həm də satış üzrə monopoliya yaratmaq cəhdləri durur. Uzun illər ərzində ASC-nin direktoru Fədail Rəhimovun inhisarçı fəaliyyəti tənqid olunsa da, yəqin ki əli böyüklərin ətəyində olan iş adamı üstün mövqeyini qoruyub saxlamağı bacarmışdır.

Yaş senzini adlayan Fədail Rəhimov hazırda müəssisəni övladlığa götürdüyü qardaşı oğlu, ASC-nin sədr müavini Elnur bəyin adına keçirsə də, özü həmişəki kimi yerində oturub de-fakto idarəetmə ilə məşğuldur.

Məlumata görə, bu gün “Bakı Tikiş Evi” ASC-nin Çin Xalq Respublikasında “filialları” fəaliyyət göstərməkdədir. Müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılsa da, əslində normativ tələblərə cavab vermir, Çindən gətirilən aşağı keyfiyyətli parçadan istehsal olunan məhsullar Türkiyədən gətirilmiş parça kimi təqdim olunur. İddia olunur ki, bu proseslər ASC-nin əsas istehsal sahəsindən kənarda, xüsusi yaradılmış və təchiz olunmuş “gizli” sexlərdə həyata keçirilir. Bu yolla əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır. Hətta “Bakı Tikiş Evi” ASC-nin rəhbərliyinin bəzi məktəb direktorları ilə sövdələşərək, həmin məktəblərdə öz “filiallarının” məhsullarının satışını məcburi qaydada təşkil etdirdiyi qeyd olunur. Bütün bunlar isə əlbəttə ki, sadəcə istehlakçı hüquqlarının deyil, eyni zamanda da ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir.

Fədail Rəhimovun hətta Müzəffər Azərbaycan ordusuna da keyfiyyətsiz, ucuz başa gələn Çin parçalarından hazırlanan paltar sırıması barədə də məlumatlar yayılıb. Onun Müdafiə Nazirliyinin komissiyalarının üzvlərini aldatmaq üçün etolon nümunələrini Türkiyə parçalarından hazırlayıb Tender komissiyasına təqdim etdiyi, bu məsələnin üstünün “Bakı Tikliş Evi” MMC-nin rəqibi Xırdalan Dəri Xəz Fabriki rəhbərliyi tərəfindən açılması haqda xəbərlər dolaşıb. Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə ona ordunun geyim ləvazimatlarının tenderinin necə keçirilməsini araşdırıb və təcili surətdə qanunu pozan hərbçilərin cəzalandırılması tapşırılmışdı. Səfər Əliyev tenderdə iştirak edən hərbçiləri qanun pozuntusuna görə tutduğu vəzifədən azad edib Ali Baş Komandana məruzə etmişdi. Müdafiə Nazirliyinin tenderinin qalibi Xırdalan Dəri Xəz Fabriki olduğu bildirilmişdi. Beləliklə, Rəhimov Fədai Rəşad oğlunun fikirləşib çəkdiyi plan puç olmuşdu. Bununla sakitləşməyən Rəhimov Fədai uzun illərdir ki, Müdafiə Nazirliyinin sifarişlərini çirkli yolla, yəni bir çox firmalar açaraq Müdafiə Nazirliyinin tender komissiyalarını çaşdırmaq məqsədini güdərək saxta laboratoriya rəyi əsasında firmalarının birinin qalib elan olunmasına nail olub. Əslində isə qalib elan olunan firmanın bütün sifarişlərini “Bakı Tikiş Evi” yerinə yetirib. Yuxarıda qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyinin ordusunun sifarişləri ucuz, keyfiyyətsiz Çin parçalarından hazırlanırdı. Bunun nəticəsində orduda qulluq edən əsgərlər dəri xəstəliyi, göbələk xəstəliyi və başqa xəstəliklərə tutulurdular.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Dəryaz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz