Axtarış...

“Gəncə Şərab-2” həyatımız üçün təhlükə istehsal edir – bu məhsulları almayın!

“Gəncə Şərab-2” həyatımız üçün təhlükə istehsal edir – bu məhsulları almayın!


Gəncənin ən böyük müəssisələrindən biri olan “Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdiyi məhsulların keyfiyyətinin aşağı olması ilə bağlı Reallıq.tv – yə faktlar daxil olub. Məlumatda qeyd olunur ki, zavodun məhsulu olan şərab və araqlar normalara cavab vermir və onlara bir sıra əlavə qatqılar əlavə edilir ki, buda həyatımız üçün təhlükə mənbəyi sayılır. Aparılan araşdırmalardan məlum olub ki, “Gəncə Şərab-2” adlı müəssisənin istehsal etdiyi məhsullar istifadəyə yararsızdır və həmin məhsullara qatılan dərmanlar həyatımız üçün təhlükə mənbəyi hesab olunur.

Zavodda istehsal olunan “Banketnaya”, “Zolatoy kalцo”, “Bars” araqları və “İvanovka” kimi şərabların keyfiyyəti aşağı olmaqla yanaşı, tərkibləri də müəmmalıdır. Zavod rəhbərliyi qeyd edir ki, onlar istehsal etdikləri məhsullara görə spirti Ukraynadan gətirirlər. Lakin bu məlumatın da həqiqəti əks etdirmədiyi üzə çıxıb. Reallıq.tv zavoddan aldığı məlumatda qeyd olunur ki, “Gəncə Şərab – 2” –nin istehsalı olan məhsulların tərkibindəki spirt ən aşağı keyfiyyətə malikdir. Məhz buna görə zavodun istehsalı olan məhsullar aşağı qiymətə satılır. Bəzi mütəxəssislərin fikrinə görə spirtli içkilər istehsal edən müəssisələr tez-tez yoxlanmalıdır. Onların istehsal etdiyi məhsullarda saxlanma müddətlərinin qeyd edilməməsi ciddi narahatçılıq yaratmaqla, qanun və qaydaların pozulmasıdır. “Gəncə Şərab-2” də istehsal olunan məhsullarda istehsal tarixi qeyd edilmir, yararlılıq müddəti isə “məhdud deyil” – yazılır. Mütəxəssislər bu cür qeydiyyatın düzgün olmadığını bildirirlər və içkilərin üzərində istehsal müddəti və yararlılığın qeyd edilməsini vacib sayırlar. Standartlara uyğun gəlməyən fəaliyyəti ilə gündəmə gələn “Gəncə Şərab -2” ASC-nin məhsulları hazırda həyatımız üçün təhlükə mənbəyi sayılır.

Araşdırmalar zamanı məlum olub ki, adçəkilən zavodun istehsal etdiyi məhsullar dilimizə qarşı hörmətsizlik edilməkdədir. Qida təhlükəsizliyi ilə bağlı qəbul edilən qaydalarda qeyd olunur ki, Azərbaycanda istehsal olunan məhsulların adları doğmadilimizdə yazılmalıdır. Lakin “Gəncə Şərab – 2” ASC –də istehsal olunub satışa çıxarılan məhsullarda – “Banketnaya”, “Zolatoy kalцo”, “İvanovka”, “Medovka” və s. rus dilinə müraciət olunur və qanunlar pozulur. Bununla bağlı zavod rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsədə onlar qanunları pozmaqda davam edir.
Xatırladaq ki, “Gəncə Şərab -2” ASC – nin rəhbəri Namiq Məmmədovdur. Vaxtilə adı qalmaqalda və Eldar Mahmudovla yaxınlıq münasibətlərində hallanan Namiq Məmmədovun keçmişi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar araşdırılır.
Biz ümid edirik ki, “Gəncə Şərab – 2” ASC-də həyatımız üçün təhlükə mənbəyi olan spirtli içkilərin istehsalı dayandırılacaq və zavod rəhbərliyinin əməllərinə hüquqi qiymət veriləcək. Dilimizə hörmətsizlik edənləri kimlər himayə edir sualına növbəti yazıda aydınlıq gətirəcəyik.
Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə çalışdıq. Zavod rəhbərliyi münasibət bildirmək istəmədi. Lakin biz yenə qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz