Sabirabadın "online etiraz aksiyası"na daha bir vətəndaş da qoşuldu.
(Rayon sakinləri biri-birinin ardınca redaksiyamıza vasitəsilə kəndlərdəki problemlərə etiraz edirlər.)
"DogruXeber.az" bildirir ki, Sabirabad rayon Moranlı kənd sakini Gündüz Qarayev agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, birinci növbədə kəndin iki mərtəbəli tibb məntəqəsinin fəaliyyətsizliyindən, ikinci növbədə Sabirabadın "ənənəvi" problemləri olan yolsuzluq və ödəmə terminallarının, həmçinin bankomatların olmamasından gileylənib.
Gündüz Qarayev bildirir ki, "Moranlı kəndində kəndimizin şəhidi Asif Mirzəyevin adı verilən iki mərtəbəli tibb məntəqəsi var. Həmin tibb məntəqəsinin təbii olaraq işçi heyəti - həkimi, tibb bacısı, xadiməsi, bağbanı və sair var.
Amma, sadəcə kağız üzərində. Çünki, sözügedən tibb məntəqəsi ümumiyyətlə işləmir.
Yollarımız bərbad olduğundan kənddə birinin halı pisləşəndə tecılı tibbi yardım da gəlmir. Məcburuq özümüz xəstəmizi birtəhər rayon mərkəzinə çatdıraq, o da ki, keçilməz vəziyyətdə olan 65 kilometrlik yolda addım-addım getməyə hər xəstə dözə bilmir, yolda dünyasını dəyişir.
Bir neçə dəfə olub ki, ürəyi tutan xəstələr xəstəxanaya gedəndə həmin yolda keçiniblər".
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az