Ənvər Limanov Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasında idarə etdiyi korrupsiya ilə Bursada imarət sahibi olub...
Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıdan, daha doğrusu xəstəxananın baş direktorundan şikayətlər bitib tükənmir. Sabirabad səhiyyəsinin göstərdiyi yarıtmaz xidmətdən şikayətçi olan vətəndaşlar qeyd edirlər ki, Ənvər Lumanov və “komandası”nın sayəsində Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Sakinləri bildirirdi ki, Sabirabad xəstəxanalarında, tibb məntəqələrində vətəndaşlar üçün hər bir xidmət pulludur və bu zaman sığortası olan xəstələr üçün belə istisnalar tanınmır. Mərkəzi Xəstəxanada və tibb məntəqələrində fəaliyyət göstərən şöbələr, o cümlədən həkimlər isə baş direktora aylıq “hesab” verirlər.
Xatırladaq ki, AzFakt.com olaraq bir müddət öncə Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıda baş direktor Ənvər Lumanov və digər şəxslərin əlbir olaraq səhiyyə ocağını korrupsiya yuvasına çevirmələri haqqında məlumatlar dərc etmişdik və bütün bu məlumatlar birbaşa vətəndaşların şikayətlərinə əsaslanırdı.
Sabirabad sakinlərinin saytımıza göndərdikləri yeni məlumatlarda isə daha ilginc faktlar öz əksini tapıb. Həmin məlumatlarda vurğulanır ki, xəstəxanada işə qəbul məsələsinə kadrlar şöbəsinin müdiri Yasəf Cavadov baxır. İşə girmək istəyənlər Yasəf Cavadovla görüşərək, onunla “razılaşırlar”. Misal üçün xəstəxanada sürücü işləmək 8-10 min, xadimə işləmək 2-3 min, tibb bacısı işləməyin qiyməti isə 4-5 min manat arasında dəyişir. Bildirilir ki, işə girmək üçün bütün pul məsələlərini baş direktor Yasəf Cavadova həvalə edib. Həmçinin işə girmək istəyənlərlə Yasəf Cavadovun vasitəçiliyini isə baş tibb bacısı həyata keçirir.
Bundan başqa Ənvər Lumanovun qanunsuz yollarla əldə etdiyi vəsaitlər hesabına Türkiyənin Bursa şəhərində imarət aldığı deyilir. Bu barədə Lumanovun yaşadığı Əhmədabad kəndində bilməyən yoxdur. Kənd sakinləri bildirirlər ki, baş direktorun ailəsi yay aylarındaTürkiyəyə gedərək Bursadakı imarətlərində yaşayırlar.
Həmçinin qeyd edilir ki, Ənvər Lumanovun digər qazanc yerlərindən biri də yaşadığı Əhmədabad kənd həkim məntəqəsidir. Adı çəkilən həkim məntəqəsinin müdiri isə baş direktorun qardaşı Əhməd Lumanovdur. Məhz koronvirus infeksiyasının vüsət aldığı vaxtlarda (2020-ci ildən 2021-ci ilin yarsına kimi) Əhmədabad kənd həkim məntəqəsində də vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan, adı olub özü olmayan və yüksək əmək haqqı yazılan tibb işçiləri olub.
Digər məlumatda bildirilir ki, Ənvər Lumanov Sabirabad Xəstəxanasının baş direktoru keçəndən sonra, vaxtı ilə Əhmədabad kənd icra nümayəndəsi işləyən və 2014-cü ildə rüşvət ittihamı ilə həbs olunan qardaşı Alim Lumanova Əhmədabad kəndində böyük mağaza tikdirib. Qeyd edək ki, icra nümayəndəsi Alim Lumanov dövlət tərəfindən Əhmədabad kənd sakinləri üçün tikilən evləri rüşvətlə satdığına görə həbs olunub və məhkəmə tərəfindən 8 il cəza alıb.
Sabirabad sakinləri bildirirlər ki, rayon xəstəxanasındakı rüşvətin, özbaşınalığın qarşısının alınmasının yeganə yolu baş direktor Ənvər Lumanovun, baş həkimi İkram Allahverdiyevin, baş direktorun maliyyə işləri üzrə müavini Bayram Mikayılovun, mühasib Rasim Vəliyevin, kadrlar şöbəsinin müdiri Yasəf Cavadovun və digər aidiyyatı şəxslərin vəzifədən uzaqlaşıdırlmasıdır. Yəni TƏBİB və Səhiyyə Nazirliyi Sabirbad xəstəxanasının rəhbərliyinə vicdanlı, korrupsiyadan uzaq, vətəndaşına, dövlətinə bağlı kadrları təyin etməldir.
Saytımıza verilən digər məlumatda isə bildirilir ki, Sabirabad xəstəxanasında rüşvət sistemi quran şəxslərdən biri də vaxtıilə xuliqanlığa görə həbs edilən və korrupsiya faktlarına görə vəzifəsindən qovulan baş direktorun müavini Bayram Mikayılovla şöbələrin birinin tibb bacısıdır.
Bu barədə növbəti yazımızda oxucularımıza ətraflı məlumat verəcəyik. (AzFakt.com)