Axtarış...

Fəzail Ağamalının qızı Günay Ağamalı nə üçün jurnalistə 300 manat verdi..?

Fəzail Ağamalının qızı Günay Ağamalı nə üçün jurnalistə 300 manat verdi..?


Bir neçə gün öncə mətbuatda Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçası ilə bağlı qalmaqallı informasiya yayıldı. Öncə onu qeyd edək ki, Günay Ağamalının sahibi olduğu “Buta” bağçası ilə bağlı dəfələrlə neqativ informasiyalar yayılıb.

Sonuncu hadisə ilə, yəni 4 yaşlı uşağın yıxılaraq ayağını sındırması ilə bağlı valideyn Günay Ağamalının barəsində prokurorluğa şiakyət edib. Valideyn öz şikayətini belə əsaslandırıb ki, bağçada uşaqlara nəzarət olunmur.
Yuxarıda qeyd etdiyimiz kimi, bu hal birinci dəfə deyil, baş verir. Bir müddət əvvəl Türkiyə vətəndaşının 7 yaşlı oğlu “Buta” bağçasında xəsarət almışdır. Amma bu məsələni ört-basdır edə bildilər. Jurnalistin məsələ ilə bağlı sualına cənab deputat Fəzail Ağamalı “Mənasız sualla məni məşğul etməyin” cavabını verib.
Görəsən, Ağamalı ailəsi üçün mənalı olan nədir..? Bir neçə dəqiqə əvvəl Gündəlik Bakıya daxil olan məlumata görə, “Buta” bağçasının sahibi Günay Ağamalı bu gün saat 16:45 radələrində , “Fas Food”-un yanında sarısaç xanım jurnalistə 300 manat pul verib. Nə məqsədlə verdiyi barədə konkret fikir deyə bilmərik. Yaxşı olar ki, qarşı tərəf bu məsələyə aydınlıq gətirsin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.gundelik-baku.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz