Hesablama Palatası Sumqayıtda geniş yoxlamalara başlayıb.
Sumqayıt İcra Hakimiyyətindən başlanılan yoxlamalar hazırda səhiyyə ocaqlarında davam edir.
Yoxlamalar çərçivəsində ciddi nöqsanların aşkarlandığı bildirilir.
Belə ki, on min manatlarla vəsaitin mənimsənildiyinə dair məlumatlar var.
Bununla əlaqədar olaraq yoxlama komissiyasının bir sıra sənədləri müsadirə edib Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi bildirilir.
Araşdırmalar davam edir.
Baku Post