Korrupsiyaya qarşı mübarizə Baş idarəsi rayon icra hakimiyətlərində yoxlamalara başlayır
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin cənablarının ölkədə korrupsiyaya bulaşmış məmurların ifşa olunaraq həbs olunması istiqamətindəki çox saylı tədbirlər davam edir. Artıq korrupsioner məmurlar haqqında yeni tədbirlərin görülməsi istiqaməti üzrə yüksək səviyyədə qərar qəbul edilməsi haqqında redaksiyamıza məlumat daxil olmuşdur.
Verilən məlumatda Baş prokrorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə korrupsiyaya qarşı mübarizə istiqamətdə görüləcək tədbirlər çərçivəsində əlavə səlahiyyətlərində verildiyi bildirilir.
Bundan sonra Baş prokrorluğa və Dövlət Təhlükəsizlik Xidmətinə korrupsiya halları ilə vətəndaşların süründürməçiliyə salınması məlumatları daxil olduğu təqdirdə kimliyindən aslı olmayaraq həmin şəxs barəsində dərhal və təxirə salınmaz ciddi tədbir görülməsi tapşırılıb. Redaksiyamız məlumat verən şəxs onuda bildirdi ki, Bu istiqamətdə artıq işlərdə görülməyə başlayıb belə ki, Xocəvənd rayonundan Baş prokurorluğa rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun əməlləri haqında daxil olan çox saylı şikayətlərdən korrupsiya idarəsinin əməkdaşları rayon icra hakimiyyətində araşdırma aparmağa başlayıblar.
Oda qeyd olunur ki, 2019 - cu ildə Xocəvənd rayonunda vergi idarəsinə rəisi işləmiş İlham Mirzəyev icra başçısı Eyvaz Hüseynovun rayonda faliyyət göstərən obyektlərini vergidən yayındırdığı üçün, vergi idarəsində başlanmış yoxlama nətiçəsində İlham Mirzəyevin korrupsiya əməlləri üzə çıxdığından vəzifəsindən uzaqlaşdırılmışdır.
Dəfələrlə Eyvaz Hüseynov İlham Mirzəyevi öz imkanlarında istifadə edərək işə qaytarmaq istəsədə bunu heç cür nail ola bilməmişdir. Bütün cəhtlərə baxmayaraq heç bir nəticə əldə edə bilməyən Eyvaz Hüseynov indi son ümüd kimi , İlham Mirzəyevi Xocəvənd rayon su kanal idarəsinin rəisi təyin etdirmək üçün dəridə - qabığdan çıxdığıda bildirilir.