Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neftdoldurma qurğusunda dəmir yolu tankerlərinin doldurulması zamanı yanğın baş verib.
Tezliklə alov böyüyüb və ərazidən qatı tüstü qalxıb. Təxminən 2 saatlıq işdən sonra alov nəzarət altına alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional İdarəsi tərəfindən verilən açıqlamada 3 dəmiryol çəninin tamamilə yandığı və doldurma qurğusunun 400 kvadratmetrinin yararsız hala düşdüyü bildirilib.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.