Axtarış...

Sumqayıtda "Azərsun Sənaye Parkı”nda YANĞIN - VİDEO

Sumqayıtda "Azərsun Sənaye Parkı”nda YANĞIN - VİDEO


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.



Şərh yaz