"İşğal dövründə təbii sərvətlərimiz talan olunub, təbiətimizə qarşı ciddi qəddarlıq baş verib".
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, bütün bu halların monitorinqi həyata keçirilməlidir:
"Hər bir halların monitorinqinin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq".