Axtarış...

Nazir ölüb, gorbagor olub - MÖVQE

Nazir ölüb, gorbagor olub - MÖVQE

Bir neçə gündür ki, ölkədə olan ərəblərin qanunsuz ov etməsi etiraza səbəb olub.

BAXAR.AZ xəbər verir ki, ərəblərin ölkədə qanunsuz ov etməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünü həyasızcasına göstərməsi səbəbindən nazir Muxtar Babayevin istefası da tələb olunur. Rəsmi məlumata görə, qanunsuz ov edənlərin cərimələndiyi bildirilir.

Əslində isə nə baş verir? Qəribə heç nə baş vermir, əziz oxucu! Ölkədə korrupsiya, rüşvətin hökm sürdüyü bir durumda bundan artıq nə baş verəcək? 5-10 nəfər "lox" tapıblar, gətiriblər ölkəyə, onlar da qanunları rahatca pozur. Təbii ki, rüşvətlərini verərək. Hörmətli oxucu, o ərəbin yerinə sən olsaydın, səni qandallayıb, evindən özünün də ilk dəfə görəcəyin əşyaları çıxarıb, göndərəcəkdilər Kürdəxanıya. Azı 5-6 il "belində" idi.

Hər hansı bir ölkədə belə hal olsaydı, indi həmin qurumun naziri istefa vermişdi. Amma bizim ölkədə o mədəniyyət, əxlaq yoxdur. Nazir çox rahatlıqla öz pullarını yenə yeməyə davam edir, daha da harınlayır, oğurlayır, talayır. Əziz oxucu, sən isə indi növbəti aydakı xərclərini necə qarşılayacağını fikir edirsən. Sən fikir eləməyində ol, nazir Muxtar Babayev də yeməyində. Amma əmin ol ki, bir gün Muxtar Babayev də yediklərini qusacaq. İndilik isə elə fikirləş ki, Muxtar Babayev ölüb. Günah onda deyil, günah onun təqdimatını verəndədir.


BAXAR.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz