Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunublar. Nazirliyin departament rəhbəri Namiq Xıdırov da vəzifəsindən cıxarılıb. Bütün bu qanunsuzluqların başında dayanan nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil. Cünki Nazirlikdə olan saxtakarlıqların üstünü nazir müavini Vüqar Kərimov ört-basdır edir. Ümumiyyətlə, nazirlikdə bu sahədə ciddi qanun pozuntuları mövcuddur, ancaq rəhbərlik yerində olmadığı üçün tədbir görülmür.
Millitv.az-ın məlumatına görə, qaynarxett.az-a şikayətci Əsədov Adil Əsəd oğlu məlumat verib ki, dünən Korrupsiyaya qarşı mübarizə idarəsinə dəvət olunub və 2 saat yarım işi üzrə müstəntiq İlqar Səadətova ifadə verib: "Yetəriincə sübutları istintaga təqdim etdim. Güman edirəm ki, müstəntiq işi obyektiv şəkildə araşdırır. Kecmiç departament rəbəri Namiq Xıdırov və hazırda nazir müavini Vüqar Kərimovun "pul yığan maşınları" Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər cinayət məsuliyyətinə cəlb olundular. Onlara dələduzluq və rüşvətalma maddələri ilə cinayət işi qaldırılıb. Hazırda üzləşmələr keçirilir. Qeyd edim ki, yetərincə sübut var. Həbslər gözlənilir. Onlar nazirliyin kecmiş departament rəhbəri Namiq Xıdırovu günahlandırırlar. Bildirirlər ki, Namiq Xıdırov nazir müavini Vüqar Kərimovla birləşərək ölkənin təbii sərvətlərini "bazara" çevirdilər."
Şikayətci sonda bildirib ki, Namiq Xıdırovun bibisi oğlu Şabran Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Şəmsi Allahverdiyev tabeliyində olan meşələrə divan tutur. Səsini cıxaranları isə Namiq Xıdırovla hədələyir və deyir ki, Namiq Xıdırov Nazirlə dost və qardaşdırlar, heç kim mənə bata bilməz. İşə bax ki, bu adam cəmi iki ay ərzində özünə 90-KN-629 nömrə nişanlı təzə maşın alıb.