Axtarış...

Tüfənglə ehtiyatsız davranan kişi meşədə öldü

Tüfənglə ehtiyatsız davranan kişi meşədə öldü


Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz