Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, partlayış nəticəsində altı nəfər yaralanıb.
Ələzova Simayə Mövlud qızı - 1968 ci il təvəllüdlü
Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü
Musayev Vusal Firudin oğlu - 1983-cü il təvəllüdlü
Musayev Firudin Vusal oğlu - 2009-cu il təvəllüdlü
Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü
Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü
21:05
Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib ki, ilkin məlumatlara əsasən, Xırdalanda baş vermiş hadisə nəticəsində altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə TƏBİB Oxu.Az-a məlumat verib.
Xəstəxanaya yerləşdiriləndən biri uşaqdır.