"
DogruXeber.az" xəbər verir ki, 26.12.2022-ci il tarixində Dövlət Satınalma (e-tender.gov.az) Portalında Qusar Rayon İcra Hakimiyyəti ilə "Miray MH" MMC ilə
71931.5 (yetmiş bir min doqquz yüz otuz bir, alli) AZN məbləğlə "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi işlərin satınalınması" müqaviləsinin bağlandığı barəsində məlumat dərc edilmişdi. Lakin, sözügedən müqavilənin "ətraflı məlumat" bölməsində heç bir məlumat qeyd edilməyib.
Qeyd edək ki, ilk öncə Qusar rayon İcra Hakimiyyətinin hardasa (hansı portalda elan edildiyinə dair məlumat qeyd edilməyib) elan etdiyi tenderin qalibi olan "Miray MH" MMC barəsində "VÖEN" seriyası ilə araşdırma etdik. Araşdırmamız zamanı məlum oldu ki,
71931.5 (yetmiş bir min doqquz yüz otuz bir, alli) AZN - lik işi qazanan
"Miray MH" MMC-nin cəmi 10 (on) AZN kapital qoyuluşu var.
Yeri gəlmişkən, müqavilənin müddəti 22.12.2022 tarixindən, 31.12.2022 tarixinə qədər.
P.S: Sözügedən faktla bağlı yayımlamadan öncə, 26.12.2022-ci il tarixində "
DogruXeber.az" olaraq, Qusar Rayon İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdik.
29.12.2022-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti sorğumuza rəsmi cavab göndərib.
Cavabda deyilir:
"Sizin rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərdiyiniz sorğunuza cavab olaraq bildiririk ki, "Miray MH" MMC ilə Qusar rayon İcra Hakimiyyəti arasında "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi" işlərinin satınalınmasına dair bağlanmış müqavilə açıq tender proseduru aparılmaqla qanunauyğun şəkildə bağlanılmışdır. Belə ki, 21 oktyabr 2022-ci ildə Qusar rayon İcra Hakimiyyəti tərəfindən e-tender.gov.az elektron portalına "Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlərinin satınalınmasına dair elan verilmiş, hemin elana əsasən 46690 nömrəli müsabiqədə iştirak etmiş 6 teşkilatdan "Miray MH" MMC birinci yer tutmuşdur. Nəzərinizə çatdırırıq ki, "Miray MH" MMC-nin anoloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımi imkanları, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş hesabat və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı, müvafiq xidmətlər üzre uyğunluq lisenziyası ve diger melumatlar ətraflı şəkildə e- tender.gov.az elektron portalında müsabiqədə yerləşdirilmişdir.
Məlumat üçün onu da nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23 dekabr 2022-ci il tarixli AIBNDX-11/01-5/10478p nömrəli məktubunda sözügedən təşkilata dair bütün sedlarin düzgünlüyünün yoxlanıldıqdan sonra "Miray MH" MMC "Qusar şəhərinde fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlerinin satınalınması üzrə müsabiqədə qalib təşkilat kimi qeydə alındığı bildirilmişdir.
Xahiş edirik nəzərə alasınız."
Göndərilən cavabı hərfi yazılışına qədər olduğu kimi təqdim etdik.
Diqqət !Yuxarıda ətraflı məlumat bölməsində heç bir məlumat olmadığını qeyd etmişik.
Təqdim etdiyimiz fotoda da ətraflı məlumat bölməsinin yerində qara nidanı da yəqin gördünüz. Tender elanının harda, hansı portalda yayımlandığı da "ətraflı məlumat" bölməsində göstərilməli idi. Hətta, diqqət etdinizsə, Qusar Rayon İcra Hakimiyyəti cavabında da elan edildiyini bildirib. Lakin, hansı portalda? - bax bu yenə də qeyd edilməyib.
Hörmətli Qusar Rayon İcra Hakimiyyəti, inciməyin, cavab məktubunuzda yol verdiyiniz çoxsaylı hərf səhvləri sorğudakı mövzuya nə dərəcədə "ciddi" yanaşdığınızı göstərir.
Qeyd: Məsələnin ətraflı araşdırılması üçün tərəfimizdən aidiyyatı qurumlara göndərilməsi üçün rəsmi müraciətlər hazırlanır.
DogruXeber.az