Axtarış...

Naxçıvan aeroportunda özbaşınalıq: Sərnişinlər də aldadılır, dövlət də... - HƏLƏ DƏ DÜZƏLMƏYİBLƏR...

Naxçıvan aeroportunda özbaşınalıq: Sərnişinlər də aldadılır, dövlət də... - HƏLƏ DƏ DÜZƏLMƏYİBLƏR...

Naxçıvan Beynəlxalq Hava Limanındakı korrupsiya, mənimsəmə ilə bağlı zaman-zaman yazılar yazmış, sosial şəbəkələrdə paylaşımlar etmişik. Hava limanında sərnişinlərin daşınan yükünə görə qəbz verilməməsi, yükü çox olan sərnişinlərin yükünün başqa sərnişinlərin adına rəsmiləşdirilməsi adi hal alıb. Baqajı olanlardan baqaj pulu alınır, ancaq həmin yük baqajı olmayan sərnişinlərin adına yola salınır. Beləliklə, həmin vəsait mənimsənilir.

Təəssüf ki, Naxçıvanda hər şey dəyişir, bir hava limanı dəyişmir.

Bu yaxınlarda Moskvaya uçan bir sərnişinin yükünün daşınması üçün hər kiloqrama 6 dollar tələb ediblər. Halbuki uçuşu həyata keçirən “Utair” şirkəti yükün daşınmasına görə hər kiloqram üçün 1 dollar müəyyənləşdirib. Sərnişin dərhal “Utair” hava şirkəti ilə əlaqə yaradıb, ödəniş haqqını dəqiqləşdirir. Bundan sonra hava limanının əməkdaşlarından ödədiyi vəsaitə görə qəbz tələb edir. Sərnişinə bildirilir ki, burada heç kimə qəbz verilmir. Sərnişinin hay-küy saldığını görən əməkdaşlar növbə rəisini çağırırlar. Növbə rəisi sərnişinə deyir ki, onların günahı yoxdur, hava limanının direktoru belə tapşırıq verib. Şifahi tapşırıq belədir ki, daşınan yüklərə görə, heç bir sərnişinə ödədiyi vəsaitin qəbzi verilməməlidir. Növbə rəisi sərnişini sakitləşdirir, ödədiyi artıq vəsaiti qaytarır və xahiş edir ki, qəbz tələb etməsin. Çünki qəbzdə bir dollar göstəriləcək, bu, ictimaləşdirilsə, heç kimdən 6 dollar ala bilməyəcəklər. Xahiş-minnətdən sonra sərnişin ödədiyi artıq vəsaiti geri alır və qəbz tələb etmir.

İndi sual yaranır. Əgər hava limanında Moskva reysi üçün alınan 6 dollar qanunidirsə, niyə həmin sərnişinin ödədiyi artıq vəsait geri qatarılıb? Nəyə görə, sərnişinə yalvarıblar ki, qəbz tələb etməsin?

Naxçıvan Beynılxalq Hava Limanının rəhbərliyi illərdir, bu yolla milyonlar qazanıb. Həmin vəsait dövlət büdcəsinə keçirilsə, hava limanının müəyyən xərclərini ödəmək mümkün olar, dövlətdən daha az dotasiya alınar. Naxçıvanın ən çox korrupsiyalaşmış təşkilatlarından biri də Naxçıvan Beynəlxalq Hava Limanıdır. Aidiyyəti orqanlar təcili şəkildə hava limanında yoxlamalara başlamalıdır.

Bu mövzuda geniş bir araşdırma aparmışıq. Yaxın günlərdə mövzu ilə bağlı geniş məqalə yayımlanacaq.

valyuta.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz