Axtarış...

Hava Limanında “şuba” əməliyyatı

Hava Limanında “şuba” əməliyyatı

Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

"Ölkə.Az” xəbər verir ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıqmalları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda"Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə"Qırmızı kanal"a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz