Axtarış...

Bu tarixdən etibarən Mahaçqala-Bakı uçuşları başlayır

Bu tarixdən etibarən Mahaçqala-Bakı uçuşları başlayır


İyunun 3-dən etibarən Mahaçqala-Bakı reysi üzrə birbaşa uçuşlar həyata keçiriləcək.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, uçuşlar cümə və bazar günləri UTair aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Uçuş cədvəli: Mahaçqala hava limanından Moskva vaxtı ilə saat 15:00-da uçuş, Azərbaycanın paytaxtına eniş yerli vaxtla saat 17:30; Bakıdan uçuş yerli vaxtla saat 18:30-da, Moskva vaxtı ilə saat 18:30-da Mahaçqala hava limanına eniş.

Biletləri hava limanının kassasından və aviaşirkətin saytından əldə etmək olar.



Şərh yaz