Bakı, Naxçıvan Avtovağzalı ilə bağlı yaranan problemlər hər il özünü başqa formada biruzə verir desək yanılmarıq.
Millitv.az jamaz.info-ya istinadla xəbər verir ki, bir müddət öncə sayta bir sıra vətəndaşlar Bakıdan Naxçıvana səyahət zamanı problem yaşamadıqlarını ancaq geri qayıdış zaman isə eyni halla qarşılaşmadıqlarını bildiriblər. Belə ki, adının çəkilməsini istəməyən Naxçıvan vətəndaşları Bakıdan Naxçıvana gedən zaman yüklərin çəkisində onlara məhdudiyyətin qoyuladığını ancaq geri qayıdış zamanı isə 20 kq-dan artığına əlavə ödənişin tələb ediliyini iddia ediblər. Hətta Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bu mövzunu maraqlandıqlarını və heç bir məhdudiyyətin olmadığını dilə gətiriblər.
Mövzunu aydınlaşdırmaq üçün gələn şikayət üzrə Bakı və Naxçıvan Avtovağzalı ilə əlaqə saxladıq.
Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Jamaz.info-ya bildirildi ki, bəhs edilən şikayət doğru deyil. Belə ki, bir sərnişin üçün 16 kq yükə icazə verilir. Əgər bu ölçüdən yuxarı olarsa əlavə ödəniş tələb edilir:
“İçəri salona isə sərnişinləri narahat etməmək şərtilə, çox ağır olmayan əl yükünün pulsuz daşınmasına icazə verilir. Belə deyirik bəzən bunu yanlış anlayan sərnişinlər hətta 50 kq əl yükü ilə avtobusun salonuna daxil olmaq istəyirlər. Həmçinin digər sərnişinlərə maneçilik törədirlər. Bunu dilə gətirdikdə isə problem yaşanır. Bunu,
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarını oxuayaraq da dəqiq məlumat əldə edə bilərlər”,
Məlumatı daha çox aydınlaşdırıb dəqiqləşdirmək üçün Naxçıvan Avtovağzalı ilə də əlaqə saxladıq. Ordan isə Jamaz.info-ya bildirdilər ki, icazəli yük çəkisi 20 kq təşkil edir:
“Bu isə tərəzi ilə müəyyən edilir. Sərnişinlər arasında yanlış anlaşılma baş verə bilər. Heç bir qanun pozuntusundan söz gedə bilməz”.