Qısa bir fasilədən sonra Lənkəranın Təngivan kəndinin məhv olunması prosesi bərpa olunub.
Millitv.az AzToday.az-a istinadən xəbər verir ki, 12 ildir kənddə mövcud olan karxana dəhşətli bir bir vəziyyət yaradıb.
Sakinlər deyirlər ki, karxananı işlədən MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Lənkəran icra başçısı Taleh Qaraşov, kəndin bələdiyyə sədri Kamal Hüseynov və karxana rəhbəri Şaiq Həsənov birlikdə hərəkət edilər:
“Birisi torpaq satır (hansı ki, camaatın örüşu, yolları, çay yatağını, sakinlərini, hətta camaatın pay torpaqlarının kənarlarını – red). Artıq təsərrüfatla məşğul olmaqda çətinlik çəkən əhalinin yarısı kənddən köçmək məcburiyyətində qalıb. Bütün dövlət qurumlarına illərlə şikayət olunub, məhkəmə olub, hamısı da bunun qanunsuz olduğunu təsdiq etsə də, karxana fəaliyyətini daha sürətlə davam edir. Şikayət edənlərə təzyiq olunur…”.
Daha ətraflı videoda: