Ekofəallar Andrey Volkovla “məsələni çürüdəndən” sonra Vasif Nəbiyevlə “haqq-hesab” çəkməlidirlər
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirən ekofəallar Xankəndidə yerləşən Rusiya sülhməramlıları kontingentinin komandiri Andrey Volkovla məsələni “çürüdüb” Vasif Nəbiyevlə haqq-hesab çəkməlidirlər”. Redaksiyamıza daxil olmuş və bu sözlərlə başlayan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Gədəbəy rayonu Qalakənd meşəbəyliyinin 5 və 10 saylı meşə dolayısındakı palıd və fıstıq ağacları kütləvi şəkildə talan edilir və bu talançılıq Mərkəzin direktoru Vasif Nəbiyevin, mühafizə üzrə direktor müavini Tural Qasımovun “xeyir-duası” ilə baş verir. Foto-faktlar əlavə olunmuş həmin məlumatda qeyd olunur ki, ETSN 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən göndərilən yoxlamalar zamanı aşkar edilən qırıntı faktları, verilmiş bir meşə biletinin əvəzinə dörd qat artıq sayda və həcmdə ağacların qırılması ört-basdır edilir. Həmçinin bildirilir ki, müəssisə rəhbərliyi yarıtmaz kadr siyasəti yürtməkdədir: İşçilər müxtəlif bəhanələrlə Əmək Məcəlləsinin 70 C maddəsi ilə vəzifələrindən qovunb yerlərini 2000-3000 manat satırlar: “Hərçənd, özlərinə sərf edəndə bunun əksini də edirlər. Məsələn, uzun illər Qalakənd meşəbəyliyinin 10 saylı dolayını talan edən, dəfələrlə nəzarət etdiyi ərazidə meşələrin qırılmasına şərait yaratdığına görə Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən çıxarılan Əliyev Əli Orucəli oğlu yenidən Vasif Nəbiyevlə anlaşaraq meşə gözətçisi vəzifəsinə təyin edilib. Bu günə qədər isə həmin vəzifəni Əlinin oğlu Anar Əliyev icra edirdi. 5 saylı meşə dolayına da vaxtilə vəzifədən qovulmuş Mehdi gözətçi təyin edilib...” Göründüyü kimi, Vasif Nəbiyevə meşələri qoruyan deyil, maddi marağın təmin olunması müqabilində ağacların qırılmasına şərait yaradan işçilər sərf edir. Xatırladaq ki, Vasif Nəbiyev əvvəllər Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), sonra isə Şəmkir MMBM-nin direktoru vəzifələrində işləyib. Həmin dövrlərdə barəsində xeyli şikayətlər səslənib, tənqidi məqalələr dərc olunub. Sabiq nazir Hüseynqulu Bağırov onu işdən çıxarandan sonra bir müddət ETSN sistemindən kənarda qalıb. Muxtar Babayev nazir vəzifəsinə təyin olunandan sonra Vasif Nəbiyev havadarı, nazir müavini Vüqar Kərimovun dəstəyi yenidən “at belinə mindirildi”.