Belə bir məsəl var: "Qulaq gündə bir söz eşitməsə lal-kar olar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyində elə əcaib işlər baş verir ki, adam lap dəhşətə gəlir.
Bir qrup Cəlilabad sakininin şikayəti əsasında, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Vüqar Kərimovun göstərişi ilə 2020-ci ildə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meçəbəyliklərində olan əkin və biçənəklərin yoxlanılması işi 1 saylı Regional Ekologiya Idarəsinə tapşırılır. 1 saylı REİ-dən yoxlamaya nümayəndə kimi Zabit Əzimov ayrılır.
Zabit Əzimov həqiqəti oldu kimi yazdığı üçün, şəxsən Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov buna görə durub bir başa Cənub zonasına gəlmiş və onun göstərişi nəticəsində , Zabit Əzimov töhmət almışdır. Zabit müəllimin burda nə günahı var? Onlar özləri bu işi araşdırmaq üçün , ona tapşırmışdılar.
Şikayətçi vətəndaşlar bildirir ki, bir başa Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan cinayətləri ört-basdır edənlərin başında 1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları durur.
Onlar özlərindən saxta sənət yazaraq şikayətçilərin şikayətlərin qeyri-qanuni yolla bağlayırlar.
Onlara da təzyiqlər bir başa ETSN-dən olur.
Gec-tez Namik Xıdırov və cinayətkar dəstəsi etdikləri bu cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar.
Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. //azinfo.tv//