Azerinfo.az xəbər informasiya agentliyinə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvonabad meşəbəyliyinin 21a saylı meşə dolayının gözətçisi Hidayət Qəribov tərəfindən müraciət ünvanlanıb. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:
"Müraciətimlə yazıb Sizə bildirirəm ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyev vəzifəsindən sui-istifadə edərək qoruduğum 21a saylı meşə dolayına dəfələrlə öz əməkdaşlarını yollamış, lakin meşə ərazisində heç bir qanunsuz qırıntı olmadığını onlara məruzə etmişəm. Bununla kifayətlənməyən Şakir Quliyev ayrı-ayrı adamları ələ alaraq mənim qoruduğum meşə ərazisində təxribat törətməyə, yəni ağacların kəsilməsi üçün cəhd göstərmişdir.
Lakin bu cəhdlərin də qarşısını almışam.
Nəzərinizə çatdırım ki, Şakir Quliyev nəyin bahasına olursa olsun, məni meşə sahəsindən uzaqlaşdırmaq istəyir. Çünki mənim onun üçün burda olmaq sərf etmir.
Son dövrlərdə qoruduğum meşə ərazisində külək və qar nəticəsində çoxlu sayda müxtəlif cinsdən olan ağaclar yıxılmışdır. Həmin ağaclar qeydiyyata alınmış, qanunla müəyyən olunmuş "meşə məhsullarının buraxılış orderi"nə əsasən hərbi hissələrə və vətəndaşlara satılmasına Mərkəz tərəfindən sərəncam verilmişdir.
Həmin yıxılmış ağacları Mərkəzin fəhlələri və Təchizat Idarəsinin maşınları ilə aşağı və yuxarı anbarlara daşımışlar. Şakir Quliyev ayrı-ayrı ərazilərdə qanunsuz qırıntılar üçün şərait yaradır və yaratmaqla məşğuldur.
Necə olur ki, mən Mərkəzin sərəncamına əsasən, Mərkəzin fəhlələri yıxılmış ağacları " meşə məhsullarının buraxılış orderi"nə əsasən çıxarılanda və yaxud da vətəndaşlara biletə əsasən odun verməklə Şakir Quliyevin əməkdaşları başımın üstün o dəqiqə kəsirlər. Ancaq Masalıı rayonunda olan sexlərə daşınan meşə materiallarının qarşısını ala bilmir.
Ş.Quliyev bir ekologiya rəisi və əməkdaşları bir müfəttiş kimi istənilən vaxtı meşə ərazilərində girmə səlahiyyətləri var, amma qanunda müəyyən olunmuş qaydalar çərçivəsində.
Ş.Quliyevin mənimlə prinsipi var deyə, mənim əleyhimə şər-böhtan atmalıdır?!.
Xahiş edirəm yuxarıda yazdıqlarımı ictimailəşdirin".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...