Vasif Əliyev Milli Hidrometeorologiya Xidmətində rəis müavini işlədiyi qısa dövr ərzində (Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində Su şöbəsinin direktor müavini vəzifəsində çalışır) çoxlu sayda işçiləri işə qəbul etmiş və vəzifələrə təyin etmişdir. Onların bəziləri rüşvətlə və qohumluqla olduğuna görə və hidrometeorologiyaya sahəsinə heç bir uyğunluğu olmadığı üçün digər təyinatlara kölgə salıb.
Artıq həmin işçilərin ardıcıllıqla işdən azad olunması məni narahat edir.
Dəniz mərkəzinin direktoru Məhərrəm Məhərrəmov, Kalibrlənmə və Texniki Təminat mərkəzinin direktoru Sahib Abbasov, Cənub Regional Hidrometeorologiya mərkəzinin direktor müavini Yəhyayev Azad, Cənub Regional Hidrometeorologiya mərkəzinin direktoru Elnur Əliyev artıq işdən azad olunub. Hansı ki bu şəxslərin hidrometeorologiyaya heç bir aidiyyatı yoxdur Vasif Əliyev tərəfindən rüşvətlə və qohumluqla təyin olunan şəxlərdir.
Vasif Əliyev Vaxtı Ilə Ekologiya Və Təbii Sərvətlər Nazirliyini Bazara Çeviribmiş. Muxtar Babayevin Tərəzisi Bu Yükü Ədalətlə Çəkə Biləcəkmi?
Bəs görəsən növbə kimindir mənim yoxsa Aqrometeorologiya mərkəzinin direktor müavini Səbinə Məmmədovanın, Ətraf Mühitin Monitorinqi mərkəzinin direktoru Abbasova Gülnarənin, həmin mərkəzin direktor müavini Rəna Allahverdiyevanın, Operativ Monitorinq Mərkəzinin direktoru Yuniszadə Elcanın, həmin mərkəzin baş mühəndisi Nurlan Məmmədovun və baş mütəxəssisi Dürdanə Mədətovanın, Telekomunikasiya mərkəzinin baş mühəndisi Muradova Gülnarənin, Rabitə Məlumatları Mərkəzinin əməkdaşları Nadırova Sevinc və Əsədova Azadə, və onlarla işçilərin.
Mən anlayıram ki, bunların çoxunun təyinatı vəzifəsindən sui istifadə etməklə və rüşvətlə heç bir aidiyyatı olmayan yerlərə təyin olunub. İşdən çıxan şəxlərin hidrometeorologiya ilə heç bir bağlılığı olmayıb. Onlar Vasif Əliyevin rüşvətlə və ən yaxın qohumluq əlaqəsi olan şəxslərdir. Gundemxeber.az azerbaycanrealligi.com-a istinadla bildirir ki, yuxarıda adları sadalananların bəziləri Vasif Əliyevin əvvəllər Labaratoriyada direktor işlədiyi dövrdə analıq məzuniyyəti yerinə götürdüyü işçilərdir ki yenidən rüşvət alaraq vəzifələri böyüdülüb və MHX-nə yerləri dəyişdirilib. Hətta öz həyat yoldaşına da vəzifə vermişdi. Bunun nəticəsidir ki qısa müddət ərzində Vasif Əliyev həm özünə həm də həyat yoldaşına yeni maşın aldı.
Vasif Əliyev Vaxtı Ilə Ekologiya Və Təbii Sərvətlər Nazirliyini Bazara Çeviribmiş. Muxtar Babayevin Tərəzisi Bu Yükü Ədalətlə Çəkə Biləcəkmi?
Amma qeyd etmək istəyirəm ki adları sadalananların bəziləri uğurlu təyinat olub və uzun müddətli həmin sahədə təcrübəsi var. Ona görə də planlaşdırılmış işdən çıxarmalara son qoyulmasını istəyirəm. Ümid edirəm ki, qurunun oduna yaş da yanmayacaq.
ZƏRURİ QEYD: Məqalə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MHX-nin adının çəkilməsini istəməyən lakin böyük narahatçılıq keçirən əməkdaşlarından birinin bizə göndərdiyi məktubu əsasında hazırlanıb.
GUNDEMXEBER.AZ