Axtarış...

Masallıda Şəhid Ailəsindən RÜŞVƏT İSTƏYİRLƏR... - BUNA GÖRƏ...

Masallıda Şəhid Ailəsindən RÜŞVƏT İSTƏYİRLƏR... - BUNA GÖRƏ...


Masallı rayon, Mololon kənd sakini, şəhid qardaşı Rəhmi Rəsulov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi kənd məktəbinə qardaşının adının verilməsi üçün pul tələb olunduğunu bildirir:

“Qardaşım Teymur Rəsulov kəndimizin yeganə şəhididir. O, 1994-cü ildə Fizulidə - Horadiz əməliyyatında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qardaşımı torpağa tapşıranda keçmiş icra başcısı bizə söylədi ki, kəndimizin məktəbi Teymur Rəsulovun adına veriləcək.

Bir müddətdən sonra gəlib atamdan pul istədilər ki, kənd məktəbi şəhid Teymur Rəsulovun adına veriləcək. Atamın pulu olmadığı üçün məktəbi şəhidin adına vermədilər. Amma ətraf kəndlərimizin hamısının orta məktəbləri şəhidlərimizin adını daşıyır.

O zamanlar şəhidlərimiz nə orden, nə də medallarla təltif edilirdilər. İndi isə şəhid qardaşımdan medal istəyirlər ki, məktəbi onun adına versinlər.

Mən sizlərdən köməy istəyirəm ki, şəhidin haqqı bərpa olunsun. Çox təəssüf olsun ki, kəndin yeganə şəhidi olan qardaşıma qarşı belə haksızlıq edilir”.
“Hürriyyət”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz