Axtarış...

"Dəfələrlə icra başçısına müraciət etmişəm..." - GİLEY

"Dəfələrlə icra başçısına müraciət etmişəm..." - GİLEY


“Qardaşım Əsədov Şövqi Qarakişi oğlu hərbçi idi. 1994-cü ildə Fizulidə Horadiz, Şükürbəyli və Aşağı Seyidəhmədli kəndlərinin müdafiəsində iştirak edib, kəşfiyyatdan qayıdanda aprelin 18-də şəhid olub. 12 gün neytral ərazidə qalandan sonra güc-bəla ilə onun cəsədini çıxara biliblər. Aprelin 30-da o dəfn olunub”

Bunu Moderator.az-a açıqlamasında şəhidimizin bacısı Xatirə Əsədova bildirib. O daha sonra əlavə edib.

“Əvvəlcə bizim qapımıza bir başqa şəhidi gətirdilər. Biz onu qardaşım bilib dəfn etdik. Bizə dedilər ki, o şəhid Fizulinin Alxanlı kəndindəndir. Daha sonra məlumat aldıq ki, qardaşım sağdır. Bir neçə gündən sonra özü evə qayıtdı. O qədər sevinmişdik ki, sizə təsəvvür edə bilmirəm. Bir ay keçmədi ki, özü şəhid oldu” - deyə şəhidin bacısı bildirib. Xatirə Əsədova daha sonra şəhidimizin indiyə qədər adına layiq məzarüstü abidəsinn götürülməməsindən şikayətlənib.

“Qardaşımı Fizuli rayon, Bala Bəhmənli kənd qəbirstanlıqından dəfn etdik. Məzarının üstünü götürməmişdik ki, birdən ora da işğal olunar və ermənilər şəhid olduğunu bilib qəbiri dağıdarlar. Qorxumuzdan qəbir daşına şəhid olduğunu da yazmamışdıq. Onun məzarının üstü 10 il torpaq qaldı. Bəzən gedib görürdüm ki, müxtəlif heyvanlar, qurd-quşlar torpağın üstündə yuva salıblar. Bu mənə çox pis təsir edirdi. Mal-heyvan üstünə çıxmasın deyə anamla atam adi ağ daşdan məzarın üstünü götüzdürdülər. Amma bu məzar şəhidin adına layiq deyil. Dəfələrlə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, deyiblər ki, vaxtı gələr, digər şəhidlərlərin məzarüstü abidəsini götürəndən sonra bunu da edərik. Amma yenə də etməyiblər. Şəhid şəhiddir də, niyə fərq qoyursuz ki? Bundan başqa deputatımız Vüqar Bayramova da demişəm, yenə də müraciətimə müsbət bir cavab gəlməyib. Aprelin 30-da onun şəhid olduğu gündür, güman edirəm ki, o vaxta qədər qardaşımın məzarüstü onun adına layiq götürülər. Bundan sonra bəlkə mən rahat yaşaya bilərəm. Belə olan halda qardaşımın ruhu da bizdən inciməz. Çox xahiş edirəm aidiyyatı orqanlar mənim bu səsimə səs versinlər” deyə şəhidin bacısı bildirib.

Qeyd edək ki, şəhid Əsədov Şövqi dövlət başçısı tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
"Dəfələrlə icra başçısına müraciət etmişəm..." - GİLEY
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz