Axtarış...

2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - "Onlara normal əmək haqqı verə bilmirik"

2 milyon vergi borcu olan şirkət AMEA-nın kitabxanasını necə qoruyacaq? - "Onlara normal əmək haqqı verə bilmirik"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçirdiyi növbəti tenderin qalibi məlum olub. Bu “Alov-Mühafizə” MMC-dir. Şirkət 2023-cü il ərzində Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA-dan 119 min 772 manat 36 qəpik vəsait alacaq.

İlk baxışdan burda qəribə heç nə yoxdur. Normal prodsedurdur. Amma, burda 2 maraqlı məqam var.

Birincisi, AMEA-nın ötən il keçirdiyi analoji tenderin qalibi də “Alov-Mühafizə” MMC olub. Ötən ilin 11 ayı ərzində sözügedən MMC Mərkəzi Elmi Kitabxananın mühafizəsi üçün cəmi 50 min 8 manat 22 qəpik alıb. Yəni, Kitabxananın mühafizəsi üçün ayrılan vəsait birdən-birə 2 dəfə artırılıb.

İkincisi, tenderə qoşularkən şirkətin 2 milyona yaxın vergi borcu olub.

Məsələ ilə bağlı AMEA ilə əlaqə saxladıq. Akademiyanın Tender Komissiyasının sədri Yusif İsmayılov Bizim.Media-ya bildirdi ki, ötən ilin vəsaitinin 2 dəfə az olmasının səbəbi “Alov-Mühafizə” MMC-nin ən aşağı təkliflə çıxış etməsidir:

“Ona görə də ötən il şirkətə az vəsait ödənilib. Lakin, sonrakı vaxtlarda şirkət rəhbərliyi mütəmadi olaraq bizə və Akademiyanın Maliyyə idarəsinə müraciət etdi ki, vəsait azdır: “Gündə Kitabxananın mühafizəsinə 13 işçi çıxarırıq. Amma onlara normal əmək haqqı verə bilmirik”.

Ona görə də AMEA rəhbərliyi qərara aldı ki, vəsaiti artırsın. Yəni burda mənlik bir şey yoxdur. Mən sadəcə texniki məsələlərə baxıram. Qərar verən Maliyyə idarəsi və Akademiyanın rəhbərliyidir”.

Böyük miqdarda vergi borcu olan şirkətin tenderə buraxılması məsələsinə isə Yusif İsmayılov belə aydınlıq gətirdi:

“Tenderi biz keçirsək də tenderə nəzarət edən dövlət qurumları var. Mən ad çəkmək istəmirəm. İddiaçıları bizdən qabaq onlar görür, tanıyır. Lazım olmayanda özləri qadağan edir. Biz də tenderimizi keçirtmişik. Şirkətin vergi borcu olmağını da bilməmişik”.

Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Nice blog here! Also your site loads up very fast!
What web host are you using? Can I get your affiliate link
to your host? I wish my site loaded up as fast as yours lol

My homepage: [url=https://git.cetene.gov.br/growthcat10]z[/url]