İsveçrə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub.
Ukraynada müharibə ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.
Bu barədə İsveçrə hökuməti - Federal Şura məlumat yayıb.
“Dekabrın 16-da Federal Şura Avropa İttifaqının atdığı son addımlardan sonra Rusiyaya qarşı müəyyən sanksiya tədbirlərini təsdiqləyib. Bu tədbirlər 16 dekabr 2022-ci il saat 18:00- dan qüvvəyə minəcək”, - deyə məlumatda qeyd edilib.
Mənbə: TASS