Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artıracaq.
Millitv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.
“Avropa İttifaqı olaraq sanksiyalarımızı bir daha əhəmiyyətli dərəcədə artıracağıq. Almaniya bununla bağlı Brüsselə bir sıra təkliflər göndərib”, - o deyib.