Ukrayna prezidenti Volodimir Zelenski öz fərmanı ilə Rusiya prezidenti Vladimir Putin, onun mətbuat katibi Dmitri Peskov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiyanın baş naziri Mixail Mişustin, XİN rəhbəri Sergey Lavrov və Rusiya hökumətinin demək olar ki, bütün üzvlərinə qarşı qeyri-müəyyən müddətə sanksiyalar tətbiq edib.
Ümumilikdə 35 nəfər məhdudiyyətlərin təsiri altına düşüb.
Fərmana əsasən, adıçəkilən şəxslərə qarşı aktivlərin dondurulması, ticarət məhdudiyyətləri və Ukraynaya giriş qadağası da daxil olmaqla, 18 sanksiya tətbiq olunub.
Sanksiyalar, həmçinin Rusiyanın 236 universiteti və 261 universitet rəhbərinə də şamil olunub.
Mənbə: TASS