Axtarış...

Mediaya nəzarət edən dövlət qurumundan şübhəli tender - İcazə verin, şübhələnək...

Mediaya nəzarət edən dövlət qurumundan şübhəli tender - İcazə verin, şübhələnək...


Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Hünər 22 Corp” MMC (VÖEN-1203218241) olub.
“Hünər 22 Corp” MMC Audiovizual Şuranın sifarişi ilə bu quruma kompüter, printer, səs sistemi avadanlıqları satacaq.
Qeyd olunan mallar üçün Audiovizual Şura “Hünər 22 Corp” MMC-yə 22 min 468 manat ödəyəcək.
Qeyd edək ki, “Hünər 22 Corp” MMC tender elanından cəmi ay yarım əvvəl – 04.10.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Audiovizual Şura isə müsabiqəni 25.11.2022-ci il tarxində elan edib.
“Hünər 22 Corp” MMC bir neçə gün əvvəl Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin keçirdiyi 5 min 180 manatlıq tenderin də qalibi olub.
Onu da bildirək ki, “Hünər 22 Corp” MMC barədə açıq internet resurslarında heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan MMC Bakı şəhəri, Xəzər rayonu, Zirə ŞTQ, Bağ küçəsi, ev 2, m. 19 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, “Hünər 22 Corp” MMC ilə eyni tarixdə, eyni nizamnamə kapitalı ilə, eyni şəxs tərəfindən və eyni ünvanda daha bir şirkət qeydiyyata alınıb.
“Family 22 FN” MMC (VÖEN-1203218371) adlanan şirkət qeydiyyata alındıqdan 13 gün sonra Sumqayıt Dövlət Universiteti tərəfindən elan olunan 95 min 303 manat 46 qəpiklik tenderin qalibi olub.
Bundan başqa “Family 22 FN” MMC son 2 ayda daha 5 tender müsabiqəsində qalib olub.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. Tender elanından cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin müvafiq sahədə hansı təcrübəsinin ola biləcəyi başa düşülən deyil.
Onu da bildirək ki, tələb olunan sənədlər arasında 2021-ci il üçün MMC-nin maliyyə hesabatı da var. 2022-ci ildə dövlət qeydiyyatına alınan şirkətin 2021-ci il üçün maliyyə hesabatını necə təqdim etməsi isə müəmma olaraq qalır.
Xatıraldaq ki, Audiovizual Şuranın əsas vəzifələrindən biri audiovizual media sahəsində "Media haqqında" Qanununun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yoxlamalar həyata keçirməkdən və inzibati xəta əlamətləri aşkar etdikdə tədbirlər görməkdən ibarətdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz