Sığorta bazarının aparıcı şirkətlərindən olan "AtaSığorta” ASC işçisinin maaşını vermir.
Millitv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkətin əməkdaşı Sona Ağabalıyeva əmək haqqı tələbi ilə məhkəməyə müraciət edib. İş hazırda apellyasiya mərhələsindədir. Sona Ağabalıyevanın şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun icraatındadır.
Araşdırmalarımız zamanı məlum olub ki, Sona Ağabalıyeva koronavirus infeksiyasına yolxuduğuna görə bülletenə çıxıb. Lakin rəhbərlik bunu nəzərə almadan onu işdən çıxarıb.
Qeyd edək ki, "AtaSığorta” ASC 2004-cü ildə 14.6 milyon manat nizamnamə kapitalı ilə yaradılıb. ASC-nin qanuni təmsilçisi Məmmədov Orxan Valeh oğludur. O, həm də şirkətin İdarə Heyətinin sədridir. ASC-nin Direktorlar Şurasının sədri isə Ağakərim Məlik-Aslanovdur.
"AtaSığorta” ASC "AtaHoldinq”ə daxil olan biznes subyektlərindən biridir. Sözügedən holdinqin isə keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.
Yeri gəlmişkən, Ağakərim Məlik-Aslanov əvvəllər "AtaBank”ın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib. Bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub.