Axtarış...

Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA

Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA


Azərbaycanda dövlət idarəetməsinin müxtəlif strukturlarında təmsil olunan yaxın qohumlara, ailə üzvlərinə rast gəlmək mümkündür. Xüsusilə də, məmur qardaşlar bu məsələdə daha çox diqqət çəkir.

Maraqlıdır ki, sözügedən qardaşlar içərisində bir sıra nazirlər də var.

Bizim.Media yüksək vəzifələrdə çalışan məmur qardaşları araşdırıb.

İnam Kərimov – Mətin Kərimli

2018-ci ildən kənd təsərrüfatı naziri olan İnam Kərimovun kiçik qardaşı Mətin Kərimli 2019-cu ilədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. M. Kərimli hal-hazırda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsini icra edir.

Ceyhun Bayramov – Azər Bayramov

Sabiq təhsil, hazırki xarici işlər naziri Ceyhun Bayramovun böyük qardaşı Azər Bayramov isə maliyyə nazirinin müavinidir. O, 2004-cü ildən bəri bu vəzifəni icra edir.

Mübariz Qurbanlı – Taryel Qurbanov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı Taryel Qurbanlı da dövlət idarəetməsində çalışır. O, uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Kərəm Həsənov – Malik Həsənov

2005-2009-cu Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-2019-cu illərdə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş Kərəm Həsənov, 2019-cu ilin noyabrından etibarən Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsini icra edir.Qardaşı Malik Həsənov isə millət vəkilidir. O, 2010-cu ildən bəri, artıq üç çağırışdır ki, deputatdır.

Elçin Quliyev – Akif Quliyev

General-polkovnik Elçin Quliyev 2002-ci ildən bəri Dövlət Sərhəd Xidmətinin rəisidir. Qardaşı Akif Quliyev isə Sumqayıt şəhər icra başçısının müavinidir.

Əhəd Abıyev – Zəfər Abıyev

Sabiq deputat, hal-hazırda Daşkəsən rayonunun icra başçısı olan Əhəd Abıyevin qardaşı Zəfər Abıyev isə Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, nazir Vilayət Eyvazovun 2020-ci il 25 fevral tarixli əmri ilə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

Rövşən Rüstəmov – Heydər Rüstəmov

Rövşən Rüstəmov 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. Bu ilin oktyabrından etibarən isə o, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinə sədri vəzifəsini icra edir. Qardaşı Heydər Rüstəmov isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavinidir.

Fərhad Hacıyev – Emin Hacıyev

2018-ci ildən bəri gənclər və idman nazirinin müavini vəzifəsini icra edən Fərhad Hacıyevin qardaşı Emin Hacıyev millət vəkilidir. O, VI çağırış üzrə parlament seçkilərində 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən lider namizəd kimi deputat mandatı qazanıb.

Bizim.Media
Text-to-Speech

DİNLƏ






Şərh yaz