Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilənlər arasında Maliyyə nazirinin müavini Azər Bayramov da var. Sərəncama əsasən A. Bayramov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, A. Bayramov Xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.