Axtarış...

Sumqayıtın “tender kralı” kimdir?- Hümbət Məmmədxanov təkzib edir, sahibkarlar isə onu göstərir + SƏS YAZISI

Sumqayıtın “tender kralı” kimdir?- Hümbət Məmmədxanov təkzib edir, sahibkarlar isə onu göstərir + SƏS YAZISI

Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat verib. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Xüsusilə də yolların asfaltlanması ilə bağlı görülən işlərlə əlaqəli vəsaitlərin ödənişində ciddi problem yaşanır. Sahibkarlar bunun səbəbini görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluqla izah edirlər.

Sitat: “Bunlar tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş bizə iki dəfə baha başa gəlir”.
Biz bu məsələni aydınlaşdırmaq üçün, Sumqayıtın abadlaşdırması ilə bağlı görülən işlərin rəhbəri və söz sahibi kimi adı hallanan Məmmədxanov Hümbətlə əlaqə saxladıq. O Azinforum.az-la söhbətində Sumqayıtdakı tender işlərinə ümumiyyətlə aidiyyətinin olmadığını söylədi. Hümbət müəllim qeyd edir ki, onun işi mebel istehsal etməkdir: “Mən heç bir abadlıq işi görmürəm. Bütün deyilənlər yalandır. Mənim Sumqayıtda yalnız mebel sexim var”.

Çox maraqlıdır ki, bizim söhbət etdiyimiz sahibkarlar isə görülən işlərlə bağlı bütün danışlqları birbaşa Məmmədxanov Hümbətlə apardıqlarını dönə-dönə təsdiqləyirlər. Onun hətta tez-tez Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduğu, orada saatlarla müzakirə apardığı söylənilir. Çox maraqlıdır, bəyəm Sumqayıtdakı tender işlərində nələr yaşanır ki, Hümbət müəllim indidən bütün məsuliyyəti üzərindən atır? Deməli, nəsə qaranlıq məqam var ki, bu adamlar gördükləri işdən imtina edirlər. Qeyd edək ki, bizimlə söhbət edən sahibkarlar dedilər ki, onlarda Hümbət müəllimin abadlıq işlərinə aidiyyətini sübut edən və şəxsən onun özünün imzaladığı sənədlər də var. Hər halda, aidiyyəti qurumlar bu şəxsin kimliyini və gercəkdən nə işlə məşğul olduğunu aydınlaşdırsalar yaxşı olar.

Azinforum.az olaraq Hümbət Məmmədxanovla ola söhbətin aidioyazısını təqdim edirik:

Azinforum.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz