Axtarış...

Alı Alıyev İcra başçısıdır, yoxsa kəndxuda? - Foto

Alı Alıyev İcra başçısıdır, yoxsa kəndxuda? - Foto


Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev sosial şəbəkələrdə insanların qınaq obyektinə çevrilib.

Teref.az xəbər verir ki, buna səbəb icra başçısının sosial vəziyyəti acınacaqlı olan rayon sakinlərinə ərzaq yardımı apararkən çəkdirdiyi şəkil olub. Belə ki, aprel ayının 8-də yaşı 65-dən yuxarı və aztəminatlı ailələrə ərzaq yardımı aparan Alı Alıyevin təkəbbürlü duruşunu sosial şəbəkə istifadəçiləri sərt tənqid edib.

Sosial şəbəkə istifadəçiləri Füzuli rayon İcra Hakimiyyətinin başçısının ərzaq yardımına ehtiyacı olan yaşlı bir insanın önündəki bu duruşunun rayon icra hakimiyyətinin başçısının, prezidentin səlahiyyətli nümayəndəsinin duruşuna yox, orta əsrlərdəki mülkədar, kəndxuda duruşuna bənzədiyini qeyd ediblər.

Onu da qeyd edək ki, sözügedən şəklin Füzuli rayon İcra Hakimiyyətinin rəsmi saytında yayıldığı, daha sonradan Alı Alıyevin tapşırığı ilə yığışdırıldığı deyilir.

Xatırladaq ki, Alı Alıyev 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinə rəhbərlik edir.
2014-cü ildə Şöhrət ordeninə layiq görülüb.(qloabl.az)

Text-to-Speech

DİNLƏ






Şərh yaz