Məlum olduğu kimi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti səyyar görüşü rayonun Ruşan kəndində keçirilib.
Millitv.az demokrat.az-a istinadla xəbər verir ki, sosial mediada aktiv olan icra başçısı öz rəsmi səhifəsində daim məlumatlar və şəkillər paylaşır.
Sözsüz ki, icra başçısının fəaliyyətinin bu cür təbliğinə müsbət yanaşırıq və Nahid Bağırovun aktivliyini təqdir edirik.
Lakin arzu edərdik ki, cənab Nahid Bağırov yaydığı məlumatlara diqqətlə yanaşıb, həm mətnə, həm də şəkillərin seçiminə diqqət yetirsin:
- Birincisi, vətəndaş qəbullarında ön sıralarda qəbula yazılan vətəndaş otumalı olduğu halda niyə məmur oturmalıdır?
- İkincisi, icra başçısı ilə qarşı-qarşıya oturan şəxsin mürgülədiyi yerdə fotosunun paylaşılması nəyə işarədir?
- Üçüncüsü, qəbulda bələdiyyənin təmsilçisi iştirak edibsə, sıralamada bu orqan da yazılmalı idi.
Hər halda icra başçısının bələdiyyələrə qarşı elə simpatiyası olmasa da, rayonun siyasi rəhbəri kimi bunu nəzərə almalı idi.
Ümid edirik ki, Nahid Bağırov ötən illə müqayisədə büdcə gəlirləri 30 faizədək azalan bələdiyyələrin də büdcə gəlirlərinin artmasına rayonun siyasi rəhbəri kimi öz töhvəsini verəcək.
Bizim üzərimizə düşən iş nöqsanları görüb obyektiv yazmaqdır, ümid edirik ki, cənab Nahid Bağırov tənqidlərimizi düzgün başa düşərək, nəticə çıxaracaq.