Axtarış...

"Cahan" holdinq sahibkarı ALDADIB - BU DA FAKT!!!

"Cahan" holdinq sahibkarı ALDADIB - BU DA FAKT!!!


"Cahan Holdinq"in bəd əməlləri bir-bir ortaya çıxır. DİA.AZ xatırladır ki, bu şirkət Vasif Talıbovun ailə üzvlərinə məxsusdur. İş adamı Müşfiq Məmmədov "xan" müəssisəsinin ona necə "atmasından" danışır.

DİA.AZ narazı sahibkarın açıqlamasını olduğu kimi təqdim edir:
"Cahan" holdinq sahibkarı ALDADIB - BU DA FAKT!!!

"Demək,dostlar 2015-2016 -cı ildə “Cahan Holdinq”şirkəti tərəfindən sifariş aldım.Ağ şəhərdə bir neçə binanın bünövrəsini qazma və daşıma.Müqaviləyə əsasən ,qiymət razılaşmışdıq ki,quru torpaq 3 m-135000m3 torpaq işi görmüşəm.Ancaq onun 85000m3 quru torpaq yox,neft məhsullarının tullantıları,belə desək,palçıq daşımalı olduq.Ancaq mən,məcburən işi saxladım və “Cahan Holdinq”tikinti mütəxəssisləriylə müzakirə apardım və iradlarımı bildirdim.Məni əmin etdilər ki,siz işləri davam edin,şirkət mütləq əlavə işləri nəzərə alacaq.O zaman mən,bu işi 3manatdan deyil,5 manata edəcəyimi bildirdim.

Dolayısıyla,mənimlə razılaşdılar və mən işimi tamamladım.Demək olar ki ,Ag şəhərdəki bünövrə qazma işləri arasında ən səliqəli işlərdən biri kimi qeyd olundu.Təəssüflər olsun ki,mənə çatası pulu vermədilər.Yəni,85000m3 torpağın 2 manatdan pulumu vermədilər.Ancaq ,ola bilsin ki,Holdinq rəhbərinin xəbəri olmayıb.Bu da mənə inandırıcı gəlmir.Hər zaman demişəm,yenə də deyirəm.Ola bilsin bu dünyada sizə gücümüz çatmaz.Amma, inanın o dünyada da yaxanızdan əl çəkən deyiləm.Bütün işləri video çəkilişlər və fotoları sizə təqdim edirəm.Sonda onu da bildirmək istəyirəm ki, böyük holdinqi olmaq gözəl bir arzu,gözəl bir işdir.Ancaq hər halda ədalətli olmalısan..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz