“Meliorasiya və Su Təsərrüafatı” ASC nin Aparat rəhbər Cahan Məmmədovla bağlı saytımıza ilginc məlumat daxil olub. Verilən məlumata görə Aparat rəhbəri Cahan Məmmədov qurumun daxilində fəaliyyət göstərən “yardımçı təsərrüfat”ların gəlirlərini mənimsəyir.
Qeyd edək ki, hələ sovet dönəmindən Meliorasiya və Su Təsərrüafatının nəzdində bütün rayonlarda “yardımçı təsərrüfat”lar fəaliyyət göstərib. Həmin “yardımçı təsərrüfat”larda iri və xırda buynuzlu heyvanlar bəslənilib, eyni zamanda əkin sahələrində kənd təsərrüfatı malları istehsal olunub. Əldə olunan məhsul daha ucuz qiymətlə Meliorasiya və Su Təsərrüafatının rayonlardakı idarələrinin fəhlələrinə qiymətə satılıb. Müstəqillik illərindən sonra isə bu “yardımçı təsərrüfat”lar idarə müdirlərinin “mülkiyyətinə” çevrilib və faktiki olaraq on hektarlarla əkin sahələri və böyük heyvandarlıq kompleksləri olan bu təsərrüfatlarda idarə müdirlərinin şəxsi “mülkü” kimi idarə olunub.
Əldə etdiyimiz məlumata görə Cahan Məmmədov son bir neçə il müddətində bütün rayonlarda “yardımçı təsərrüfat”ları öz nəzarəti altına alıb. Artıq həmin təsərrüfatların gəlirləri ASC-nin rayon idarə müdirləri ilə Aparat Rəhbəri arasında bölünür. Daha doğrusu gəlirin böyük bir hissəsi Cahan Məmmədovun cibinə axır.
İddilara əsasən Cahan Məmmədovun adamları hər il bütün ölkə üzrə bazarlara minlərlə, bəlkə də on minlərnə qoyun-quzu çıxartdaraq satdırır. Formal olaraq isə bazarlarda satılan qoyun quzuların çox kiçik bir qismi sənədləşdirilərək müxtəlif işlərin görülməsi adı altında silinir.
Saytımıza verilən məlumata görə Cahan Məmmədovun Tovuzda böyük təsərrüfatı var. İddiaya əsasən bu təsərrüfatdakı qoyun quzuların əksəriyyəti həmin “yardımçı təsərrüfat”lardan gətirilib.
pia.az