Axtarış...

Goranboy sakininin BAŞINA İŞ GƏLİB... - MÜRACİƏT

Goranboy sakininin BAŞINA İŞ GƏLİB... - MÜRACİƏT


“Azərişıq” ASC-nin “Aran” Regional Enerji Təchizatı və Satışı idarəsi (RETSİ) vətəndaşın xüsusi mülkiyyət hüquqlarını pozub.

Millitv.az bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Xoylu Kənd sakini Adgözəlov Rəvan İbrahim oğlu tərəfindən video-şikayət göndərilib.

Belə ki, Qazax-Bakı magistral yolunun Goranboy rayonun ərazisindən keçən hissəsində vətəndaşa verilmiş olan torpaq sahəsi üzərində “Aran” RETSİ qanunsuz olaraq elektrik dirəklərindən ibarət xətlər çəkib.

Məhz buna görədə şikayətçi “Azərişıq” ASC-nin rəhbərliyindən xahiş edir ki, ona məxsus olan xüsusi mülkiyyət üzərində tikilmiş olan bu xətləri ləğv etdirilməsinə aidiyyatı üzrə müvafiq göstərişlər verilsin.

Redaksiya olaraq inanırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olan, vətəndaşların xüsusi mülkiyyət hüquqlarını tapdalayan, əsassız, qanunsuz hərəkətlər aradan qaldırılaraq vətəndaşın torpaq sahəsi zəbtdən azad ediləcəkdir.

Səsləndirilən şikayətlə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Goranboy sakinin video-şikayətini təqdim edirik:

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz