Azərbaycan Respubilkası Müdafiə nazirliyinin Goranboy rayonu ərazisndə yerləşən “Goran” döyüş təlim mərkəzinin ərazisi əkin sahəsi kimi işbazlara satılıb.
Millitv.az xəbər verir ki, bu barədə Dünyanınsəsi.Az saytına Yevlax , Kəlbəcər və digər rayonların həmin ərazilərində mal-qara saxlayan çobanları tərəfindən məlumat verilib.
Məlumat verən mənbəin iddialarına görə hərbi hissənin “Qara təpə” ərazisi kimi tanınan döyüş təlim mərkəzinin 45 ha torpaq sahəsi Goranboy rayonun işbazlarına xeyli miqdar vəsaitə satıldıgı qeyd edilr.Hazırda sözügedən ərazi işbazlar tərəfindən şumlanaraq arat edilir.Məqsəd isə həmin ərazidə günəbaxan əkmək olduğu bildirilir.Bu biznesin arxasında Yevlax rayonun Aran qəsəbə sakini Raquf Qoca oğlu ərazi üzrə Aran Bələdiyyə sədri Əbülfət Rzayevin həm də hərbi hissə komandiri polkovnik Sərdar Əliyevin adı hallanır.Çobanları narahat edən əsas məqamda odur ki, çətin vaxtlarda həmin ərazidə mal-qaralarını otarıb bir təhər yaza çıxarırmışlar.
Redaksiya olaraq qeyd etmək istəyirik ki, sözügedən ərazinin müdafiə nazirliyinə nə dərəcədə aidiyatının olub-olmamsını araşdırmaq bizim səlahiyyətlərimiz çərçivəsində deyildir.
Onun üçündə sözügedən faktla bağlı qarşı tərəflərin mövqeyini dərc edə bilərik.
Yuxarıda qeyd edilən faktla bağlı Goran Təlim Mərkəzinin komandiri polkovnik Sərdar Əliyev “Dünyanınsəsi.Az”-a açıqlama verdi:
“Komandir etiraf edərək bildirdi ki, bəli, əkin sahəsi birbaşa təlim-mərkəzinin ərazisidir.Əkilən zaman dəfələrlə gedib traktoristi ərazidən çıxarmışam.Sonrada Aran qəsəbə sakini Kərimov Elçin adlı şəxs hərbi hissəyə gələrək bildirib ki, bu ərazidə bələdiyyə tərəfindən ona 04. ha torpaq sahəsi verilib. Məndə ona başa saldım ki, sözügedən torpaq sahəsi xəritədə təlim mərkəzinin birbaşa ərazisidir.Hətta qeyd etdim ki, gələcəkdə döyüş təlimləri başlasa sizin məhsullarınız texnikaların altında qalacaq.Komandir vətəndaşa onu da başa salıb ki, örüş otlaq sahələrində əkin -səpin etmək qanunla qadağan edilir.Sonda komandir bildirdi ki, ərazimiz sözün əsl mənasında bir qrup işbaz tərəfindən zəbt edilib.Bu barədə yuxarı komandanlığada məlumat vermişəm.
Redaksiya olaraq torpaq qalmaqalı ilə bağlı Yevlax rayon Aran qəsəbəsinin Bələdiyyə sədri Əbülfət Rzayevlə əlaqə sxalamq cəhdimiz alınmadı. Araşdırmalarımız davam edir.