Axtarış...

Xərçəng xəstəsinə pensiya düzəldəcəkdi... - Goranboyda DƏLƏDUZLUQ

Xərçəng xəstəsinə pensiya düzəldəcəkdi... - Goranboyda DƏLƏDUZLUQ


Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.Amma bu müqəddəs ada bəzən ləkə salanlarda tapılır.

Millitv.az bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayonun Şadlı kənd sakini Əhmədov Habil Mobil oğlu tərəfindən video-şikayət göndərilib.

Şikayətçi qeyd edir ki, onun həyat yoldaşı Əhmədova Günel Vahid qızı 7 ildir xərçəng xəstəliyindən əziyyət çəkir.Onun Şadlı kənd tam orta məktəbində müəllim işləyən əmisi oğlu Əliyev Samir Aftandil oğlu 2021-ci ilin əvvəlində evlərinə gələrək həyat yoldaşının səhhəti ilə maraqlanıb.Və söhbət əsnasında bildirib ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində adamı var.Əgər istəsəniz yoldaşınıza əlilliyin müəyyən edilməsinə görə köməkdarlıq edə bilərəm.Nəticədə müəllim işləyən “əmioğlu” Samir Əliyev şikayətçidən 4800 manat pul alıb.Hazırda xərçəng xəstəsi olan Günel Əhmədovaya bu günə kimi heç bir əlillik də müəyyən edilməyib.Məhz buna görədə çarəsiz qalan şikayətçi məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsi ilə hüquq mühavizə orqanlarına şikayət etməyi qərarlaşdırıb.

Sonda goranboylu şikayətçi Daxili İşlər Nazirliyinin rəhbərliyindən xahiş edir ki, etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etmiş əmisi oğlu Samir Əliyev barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin.
Redaksiya olaraq inanırıq ki, şikayətçinin səsləndirdiyi ittiham DİN-nin müvafiq qrumları tərəfindən araşdırılaraq bu dədləduzluq faktına hüquqi qiymət veriləcəkdir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz